COP29

Kapitan "Neftçi"ni "Sumqayıt"a dəyişdi - SON DƏQİQƏ

17 Oktyabr 16:00 Sumqayıt 6 761
Kapitan "Neftçi"ni "Sumqayıt"a dəyişdi - SON DƏQİQƏ

"Sumqayıt" heyətini yeni futbolçu ilə gücləndirib.

Söhbət özbəkistanlı Casurbək Cəlaleddiovdan gedir.

Bu gün "kimyaçılar"ın izlədiyimiz məşqində o da yer alıb.

22 yaşlı futbolçunun son klubu ölkəsinin "Neftçi" komandası olub.

Qısa müddət Rusiyada legioner həyatı yaşamış yarımmüdafiəçinin karyerası daha çox vətəninə bağlıdır.

"Bunyodkor"un yetirməsi yerli "Andjon", "Loko Taşkent" və "Olimpik" klublarında çıxış edib.

Qazaxıstanda "Kayrat", Rusiyada isə "Tambov" "Loko Moskova" komandalarından forma geyinib.

Casurbək Özbəkistan U-23 komandasının kapitanıdır.

Əsas milli komandada isə 1 oyun keçirib.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti