COP29

“Alternativ variantlarımız var, hələlik heç bir addım atmırıq, gözləyirik”

17 Oktyabr 11:40 Sumqayıt 583
“Alternativ variantlarımız var, hələlik heç bir addım atmırıq, gözləyirik”

«Hazırda bu problemin həll olunmasına çalışırıq».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Sumqayıt»ın prezidenti Riad Rəfiyev deyib.

«Sumqayıt» rəhbərliyi Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.

«Kimyaçılar» çempionatın təşkilatçısı olan qurumdan Vaqif Cavadovu müvəqqəti baş məşqçi kimi oyunlara çıxarmasına rəsmi icazənin verilməsini istəyib.

«Gənclik şəhəri» təmsilçisi Samir Abasovun «Neftçi»yə gedişindən sonra ortalığa çıxan bu problemin həllinə köməklik göstərilməsini xahiş eləyib.

İş ondadır ki, bir nnçə il əvvəl məşqçilik həyatına başlayan Cavadov «A» kateqoriyasına malikdir. Premyer Liqada baş məşqçi işləmək üçün bu, kifayət etmir, gərək «Pro» lisenziyası alınsın.

35 yaşlı çalışdırıcı hələlik belə bir fürsət yaxalamayıb.

Klub başbilənlərinin PFL-ə müraciətinin əsasında da bu nüans dayanır - Cavadovun üzləşdiyi vəziyyətin istisna hal kimi dəyərləndirilməsində maraqlıdırlar.

R.Rəfiyevi dinlyək:

«Ümid edirik ki, PFL məşqçimizə bu imkanı yaradacaq. Vaqif Cavadovun «A» kateqoriyası var və o, komandanı oyunlara çıxara bilər.

PFL icazə verməsə, nə edəcəyik? Alternativ variantlarımız var, onların biri üzərində dayanacağıq.

Amma hələlik bununla bağlı heç bir addım atmırıq, gözləyirik».

Digər Xəbərlər
Xəbər Lenti