COP29

Azərbaycanda baş məşqçi kluba külli miqdarda PUL ÖDƏDİ!

13:00 Sumqayıt 1 869
Azərbaycanda baş məşqçi kluba külli miqdarda PUL ÖDƏDİ!

Samir Abasovun «Neftçi»yə gedişi «Sumqayıt»a böyük miqdarda pul qazanıb.

Baş məşqçi yerdəyişmə etmək məqsədinə çatmaq üçün «kimyaçılar»a 100 min manat ödəyib.

2022-ci ilin payızında «gənclik şəhəri» təmsilçisinin sükanı arxasına keçmiş mütəxəssisin müqaviləsi 2025-ci ilin yayında başa çatmalı idi.

Kontraktda təzminata dair xüsusi bənd yer alıb. Həmin müddəaya görə, Abasov anlaşmaya vaxtından əvvəl xitam verərsə, klubun hesabına 100 min manat köçürməlidir.

İki ildən sonra «Neftçi»yə qayıdan Samir Abasovun köhnə-yeni iş yerində nə qədər pul qazanacağı da bilinməkdədir.

Dünən 2 illik müqaviləyə imza atan mütəxəssis ilk mövsümündə 200 min manat əldə edəcək. Yeni sezonda isə bu məbləğ daha 100 min manat artacaq.

Abasov 2020-ci ilin noyabrından 2022-ci ilin mayınadək «ağ-qaralar»ı çalışdırıb. O, 2021-ci ildə paytaxt təmsilçisini ölkə çempionu edib, daha sonra Premyer Liqanın gümüş medallarını qazandırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti