COP29

Premyer Liqa klubundakı yeni anlaşmanın "ƏMMA"SI

19:00 Sumqayıt 364
Premyer Liqa klubundakı yeni anlaşmanın "ƏMMA"SI

"Sumqayıt" Samir Abasovun gedişindən sonra boş qalan postu əvəzedici komandanı çalışdıran Vaqif Cavadova həvalə edib.

Amma müvəqqəti olaraq. Tərəflər arasındakı hamının diqqətini çəkən bu razılaşma əbəs yerə deyil.

Gənc mütəxəssisin qarşıdakı turlar özünü necə göstərəcəyi çox önəmlidir.

Klub rəhbərliyinin uzun vadədə ona güvənmək planı yoxdur.

Söhbət yalnız nəticələrin müsbət olmasından getmir.

Əgər göstəriləcək oyun gələcəyə ümid verərsə, Cavadovla yollar davam edəcək.

Əks təqdirdə "kimyaçılar" yeni baş məşqçi ilə yola davam edəcək.

Onun kimliyi hələki bizə məlum deyil.

Lakin böyük ölçüdə əcnəbi olacağı dəqiqdir.

Bu isə o deməkdir ki, millimizin veteran forvardı üçün Premyer Liqadakı ilk addım o qədər də asan olmayacaq.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti