COP29

Yeni baş məşqçi “Neftçi”dən ayrılan cütlüyü öz yanına apardı

14 Oktyabr 19:20 Sumqayıt 11 094
Yeni baş məşqçi “Neftçi”dən ayrılan cütlüyü öz yanına apardı

Хябяр вердийимиз кими, "Sumqayıt" bu gün "Neftçi"nin baş məşqçisi təyin edilən Samir Abasovla yolları ayırdığını açıqlayıb.

Кlubun yaydığı açıqlamada həmin vəzifənin icrasının müvəqqəti olaraq Vaqif Cavadova həvalə olunduğu qeyd edilib.

35 йашлы Cavadov bunadək "Sumqayıt"ın əvəzedicilərdən ibarət komandasını çalışdırıb.

O, artıq özünə 2 köməkçi götürüb. Bunlar “Neftçi”dən ayrılan Sənan Qurbanov və Emil Babayevdir.

Samir Abasovun «Neftçi»yə qayıdışı iki yerli məşqçinin iş yerini dəyişməsiylə nəticələnib.

Adrian Mutu, Miodraq Bojoviç və Roman Qriqorçukla çiyin-çiyinə çalışmış Qurbanovla Babayev paytaxt klubunu tərk edib.

Yeni çalışdırıcı sözügedən cütlüyü öz korpusunda görmək istəməyib.

Bakılılar onlarla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti