COP29

Burkina-Faso yığması "Sumqayıt"lını yenə məyus etdi

14 Oktyabr 23:20 Sumqayıt 1 117
Burkina-Faso yığması "Sumqayıt"lını yenə məyus etdi

"Sumqayıt"ın yarımmüdafiəçisi Tresor Mossinin şərəfini qoruduğu Burundi millisi Afrika Millətlər Kubokunun seçmə mərhələsinin L qrupunda növbəti oyununu Burkina Faso ilə keçirib.

Sportinfo.az xəbər verir ki, Mossinin komandası bu görüşdə 0:2 uduzub.

“Sumqayıt”ın futbolçusu bütün matçı meydanda keçirib.

Milli komandalar arasında bir neçə gün əvvəl baş tutan əvvəlki oyunda da Burkina-Faso komandası daha güclü (4:1) olmuşdu.

Burundi hazırda 3 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti