COP29

"Qarabağ"la pis çıxış etmədik - Bu, bizim üçün təhlükədir"

15 Oktyabr 23:40 Sumqayıt 938
"Qarabağ"la pis çıxış etmədik - Bu, bizim üçün təhlükədir"

"Düşünürəm ki, "Qarabağ"la oyuna yaxşı hazırlamışdıq, pis də çıxış etmədik.

Liqanın növbəti oyunları üçün bu oyundan müsbət şeylər götürəcəyik".

Bu fikirləri Sportinfo.az-a açıqlamasında Premyer Liqanın 9-cu turunda "Qarabağ"dan alınan 0:1 hesablı məğlubiyyəti şərh edərkən "Sumqayıt"ın yarımmüdafiəçisi Roy Kehat deyib.

Aktivində 7 xalı olan "kimyaçılar"ı hazırda sonuncu pillədən cəmi 4 xal ayırır. İsrailli legioner bu məqamın təhlükə yaratdığını bildirib:

"Sonuncu pillədə olan "Kəpəz"lə aramızda xal fərqinin az olması təhlükədir. Lakin komandama inanıram.

Biz daha yaxşı olacağıq. Növbəti turlarda daha çox xal qazanacağıq".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti