COP29

Premyer Liqa klubun yeni transferi klub axtarışına çıxdı

19 Oktyabr 21:00 Sumqayıt 391
Premyer Liqa klubun yeni transferi klub axtarışına çıxdı

"Sumqayıt" yayda heyətinə qatdığı daha bir legionerlə yolları ayırmağa hazırlaşır.

Söhbət Nikola Vuynoviçdən gedir.

Monteneqrolu forvard arxada qalan 3 ayda özünü yaxşı tərəfdən göstərə bilməyib.

O, 2-si avrokuboklarda olmaqla meydana çıxdığı 11 matçda nə qol vurub, nə məhsuldar ötürmə ilə yadda qalıb.

Gedişatdan məşqçilər korpusu və rəhbərlik narazıdır.

Elə 27 yaşlı legioner də düşdü vəziyyətdən məmnun deyil. Psixoloji gərginlik yaşayır.

Əbəs deyil ki, "9 nömrə" yeni klub axtarışına çıxıb.

İstəyi baş tutsa, "kimyaçılar"la yolları ayıracaq.

Klub da Vuynoviçin qərarına isti yanaşır. Müqaviləyə xitam verilməsinə qarşı deyil.

Monteneqro millisinin üzvü ilə anlaşma mövsümün sonuna kimidir.

Xatırladaq ki, "Sumqayıt" bir müddət əvvəl yayda heyətinə qatdığı Slaviş Radoviçlə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 23:20 Həzz dəqiqələri… BEŞ
19 Oktyabr 18:50 Çək və bizə göndər!
19 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 10:40 Bayılda səslənən SOS!
19 Oktyabr 08:20 Kimlər iş başına keçir?
19 Oktyabr 03:50 "Neftçi" pis başladı
19 Oktyabr 01:00 Azərbaycanda hesab - 9:0