Yerli mediada yayılan xəbərlərə görə, "Sumqayıt"ın baş məşqçisi Samir Abasovun "Neftçi"yə keçidi ilə bağlı bütün detallarda razılıq əldə olunub.
Sportinfo.az xəbər verir ki, məsələ ilə bağlı oxu.az "Sumqayıt"a sorğu ünvanlayıb.
Klubun mətbuat katibi Zaur Xudiyev "Neftçi" tərəfindən belə bir müraciətin olmadığını bildirib.
"Samir Abbasov müqavilə müddəti başa çatanadək "Sumqayıt" ilə yola davam edəcək. "Neftçi" tərəfindən hər hansı rəsmi müraciət olmayıb.
Baş məşqçinin hazırda "Sumqayıt" ilə müqaviləsi var və komandadan ayrılması ilə bağlı xəbərlər real deyil".
"Neftçi" 2020/21 mövsümündə Samir Abasovun baş məşqçi olduğu dönəmdə Azərbaycan Premyer Liqasının çempionluğunu qazanıb.