COP29

“Borc məsələsi həll olunur, hamısını yavaş-yavaş aradan qaldıracağıq”

02:10 Sumqayıt 152
“Borc məsələsi həll olunur, hamısını yavaş-yavaş aradan qaldıracağıq”

"Bu arenada boks bölməsinə gəlmişəm və olimpiya medalı qazanacaq səviyyəyə çatmışam".

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında “Sumqayıt”ın ev oyunlarını keçirdiyi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yeni direktoru, keçmiş boksçu Şahim İmranov təyinatı ilə bağlı danışarkən deyib.

O, Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarından sonra Sumqayıtdakı stadionda fəaliyyətə başladığını bildirib:

“Uzun illər gömrük orqanlarında çalışdım. Həm də komitə sədri idim.

Boks Federasiyasında Veteranlar və Çempionlar Komitəsinin sədri vəzifəsində çalışırdım. Bu stadion mənə doğmadır. 90-cı illərdə boksa məhz bu stadiondan gəlmişəm.

Həmin vaxt təkcə futbol deyil, stadionda digər idman növləri - boks, cüdo, yüngül atletika da var idi. Bu arenada boks bölməsinə gəlmişəm və olimpiya medalı qazanacaq səviyyəyə çatmışam.

İndi də futbolla yanaşı, həm cüdo, həm də boks bölmələri var. Çalışacağıq başqa növləri də cəlb edək”.

Pekin-2008 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı stadionla bağlı problemlərin yoluna qoyulacağını söyləyib:

“Stadionun borc məsələsi həll olunur. Allah dövlətimizi qorusun, dəstək olacaqlar.

Hamısını yavaş-yavaş aradan qaldıracağıq. Sağ olsunlar ki, xahiş edəndə dəstək göstərirlər.

“Sumqayıt” - “Qarabağ” oyunundan sonra da qazla bağlı problem yaşanmadı. Əl-ələ verib digər problemləri də aradan qaldırmağa çalışacağıq.

Gələcəkdə digər idman növlərini də cəlb etmək üçün şəraitimiz var. Yəqin ki, borclar ödəniləcək.

Mənim təyinatımda əsas məqsəd olimpiya idman növlərinin inkişafına dəstək göstərilməsidir”.

Ş.İmranov 2008-ci ildə Çində keçirilən XXIX Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. O, həmçinin 2002-ci ildə Permdə (Rusiya), 2006-cı ildə isə Plovdivdə (Bolqarıstan) baş tutan Avropa çempionatlarında ikinci yeri tutub.

Şahin İmranovdan öncə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun direktoru Nadir Quliyev olub.

Digər Xəbərlər
Xəbər Lenti