COP29

Gürcüstan millisinin sabiq futbolçusu Premyer Liqamıza nə qiymət verdi?

21:20 Sumqayıt 709
Gürcüstan millisinin sabiq futbolçusu Premyer Liqamıza nə qiymət verdi?

“Sumqayıt”ın yeni transferi Georgi Karaişvili komandasına lazımi köməyi edə bilmir.

Maydan bu yana klubsuz qalan gürcüstanlı yarımmüdafiəçi Premyer Liqada 2 oyunda meydana çıxsa da, ciddi mənada heç nə ilə fərqlənməyib.

Georgi vaxtilə İsveçdə “Göteborq”un, Macarıstanda “Ferentsvaroş”un, Türkiyədə “Kocaelispor”un uğurları üçün tər tökməklə yanaşı, 6 oyunda Gürcüstan millisinin şərəfini qorumaqla 1 qola imzasını yazdırıb.

Bu, o deməkdir ki, 28 yaşlı futbolçu fiziki formasını bərpa edəndən sonra “Sumqayıt”a çox kömək edəcək.

Karaişvili Sportinfo.az-a açıqlamasında daha öncə oynadığı çempionatlarla Premyer Liqanı bu cür müqayisə edib:

“Azərbaycana gəlməmişdən əvvəl gəlməmişdən əvvəl çempionatınız və futbolunuz barədə müəyyən sözlər eşitmişdim. Bilirdim ki, çempionatda ciddi rəqabət var, güclü komandalar mübarizə aparır.

Amma bu dərəcədə olduğunu gözləmirdim, açığı. Təbii, İsveç, Macarıstan və Türkiyə çempionatları ilə müqayisədə müəyyən fərqlilikləri görmək mümkündür.

Fərqlərin nədən ibarət olduğunu sadalamaq istəmirəm. Həm də geniş mövzudur, çox vaxt aparacaq.

İstənilən halda Premyer Liqanın səviyyəsinin qənaətbəxş olduğunu deməliyəm”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti