COP29

Azərbaycan yığmasının tanınmış siması mühüm vəzifəyə gətirildi - FOTO

13:00 Sumqayıt 664
Azərbaycan yığmasının tanınmış siması mühüm vəzifəyə gətirildi - FOTO

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna yeni direktor təyin olunub.

Boks üzrə Azərbaycan yığmasının sabiq üzvü Şahin İmranov bu postu tutub.

Gənclər və İdman Nazirliyi bu variant üzərində dayanıb. Nazır Fərid Qayıbov müxtəlif dairələrlə danışaraq, Sumqayıt şəhərindən olan İmranovun müvafiq vəzifəyə keçidinə razılıq alıb.

Bilindiyi kimi, stadionunun direktoru Nadir Quliyev vəzifəsindən gedib. Bu ilin əvvəlində yenidən istifadəyə verilən arenanın rəhbəri öz istəyi ilə istefa ərizəsi yazıb.

Əvvəlki direktorun iş yerindən getmək istəməsi təsadüfən yaranmayıb. Stadionun idarəetməsində ciddi problemlər əmələ gəlib.

Maliyyə cəhətdən yaranan çətinliklər son aylar özünü daha çox büruzə verir. Burada çalışan əməkdaşlar aylardır əməkhaqqı ala bilmir.

O cümlədən, kommunal xərclərin ödənilməsi müşkülə dönüb. Bu səbəbdən stadionun müxtəlif dövlət təşkilatlarına böyük miqdarda borcu yaranıb.

Nazir tanınmış idmançını stadiona direktor təyin etmək istəyir

2002-2008-ci illərdə Azərbaycan yığmasının heyətində çıxış edib. 2 dəfə Olimpiya Oyunları, 2 dəfə dünya çempionatı, 3 dəfə isə Avropa çempionatında mübarizə aparıb.

2008-ci ildə Çində XXIX Yay Olimpiya Oyunlarının bürünc medalına sahib olub.

Həmçinin 2002-ci ildə Perm şəhərində (Rusiya) və 2006-cı ildə Plovdiv şəhərində (Bolqarıstan) baş tutan Avropa çempionatlarının gümüş medallarına sahib olub.

Azərbaycan idmanında xidmətlərinə görə 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti