COP29

“Qarabağ” yenə ümid vermədi, bu qol xilas etdi - VİDEO

00:40 Sumqayıt 136
“Qarabağ” yenə ümid vermədi, bu qol xilas etdi - VİDEO

"Qarabağ" Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, IX turun bağlanış oyununda səfərdə "Sumqayıt"la qarşılaşan Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv minimalhesablı qələbəyə sevinib.

Yeganə qolu 74-cü dəqiqədə Elvin Cəfərquliyev meydan sahiblərinin qapısından keçirib.

Ağdam təmsilçisi 21 xalla turnir cədvəlinə başçılıq edir. "Sumqayıt" isə 7 xalla səkkizinci sırada qərarlaşıb.

"Sumqayıt" - "Qarabağ" 0:1
Qollar
: Elvin Cəfərquliyev 74

Sumqayıt şəhər stadionu, 7000 tamaşaçı
Baş hakim: Elçin Məsiyev,
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov Dördüncü hakim: Kamran Əliyev
VAR: Tural Qurbanov AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Azər Əsgərov
Sarı vərəqələr: Tresor Mossi, 31 (qeyri-idman hərəkəti); Murad Xaçayev, 88 (qeyri-idman hərəkəti); Cordan Rezabala, 90+4 (qeyri-idman hərəkəti) // Marko Yankoviç, 35 (qeyri-idman hərəkəti); Olavio Juninyo, 90+3 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 4 dəq.

“Sumqayıt”: 1. Mehdi Cənnətov 6. Vüqar Mustafayev (k) 14. Elvin Bədəlov 2. Sertan Taşkın (7. Rövlan Muradov, 57) 17. Murad Xaçayev 8. Səbuhi Abdullazadə 19. Roi Kehat (30. Kamran Quliyev, 88) 99. Silvanus Nimeli (9. Nikola Vuynoviç, 57) 5. Alan Dias 23. Cordan Rezabala 60. Tresor Mossi (12. Giorgi Karaişvili, 79)
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli 36. Xəyal Fərzullayev 10. Rəhim Sadıxov 20. Ayxan Süleymanlı 11. Fernando Da Silva 18. Kristian Velinovski
Baş məşqçi: Samir Abasov

“Qarabağ”: 99. Mateus Koxalski 55. Bədavi Hüseynov (k) 30. Abbas Hüseynov (44. Elvin Cəfərquliyev, 73) 24. Aleksey İsayev 27. Toral Bayramov 22. Musa Qurbanlı (7. Yassin Benzia, 61) 90. Nəriman Axundzadə (18. Olavio Juninyo, 73) 81. Kevin Medina 8. Marko Yankoviç (10. Abdullah Zubir, 73) 21. Aleksey Kaşuk (15. Leandro Andrade, 61) 11. Emmanuel Addai
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 12. Sadiq Məmmədzadə 20. Riçard Almeyda 66. Patrik Andrade 6. Julio Romao 19. Redon Cica
Baş məşqçi: Qurban Qurbano

Digər Xəbərlər
Xəbər Lenti