COP29

“Kimin ağlına gələrdi ki...” – Kapitanın sözü var

18:35 Sumqayıt 527
“Kimin ağlına gələrdi ki...” – Kapitanın sözü var

Ötən mövsümün yekunlarına görə Avropa Konfrans Liqasına vəsiqə qazanan “Sumqayıt”ın işləri yaxşı getmir.

“Kimyaçılar” cari “futbol ili”ndə keçirdiyi 8 oyunun yalnız 2-də qələbə qazanmağı bacarıb.

Son 5 matçda isə “Neftçi”ylə heç-heçə var, vəssalam!

Gedişat Samir Abasovun çalışdırdığı kollektivin Premyer Liqada qalmaq uğrunda mübarizə aparacağını göstərir, nəinki “4-lük”də yer almaq.

Komandanın kapitanı Vüqar Mustafayev “Sumqayıt”ın hədəfi barədə Sportinfo.az-a bunları deyib:

“Çempionat yeni başlayıb, hələ birinci dövrə qurtarmayıb. Qarşıda bizi maraqlı oyunlar, sürpriz nəticələr gözləyir.

Ona görə də bu gün turnir cədvəlindəki vəziyyətə əsasən fikir yürütmək doğru olmaz. Hədəfimiz təbii ki, yuxarı pillələr uğrunda mübarizə aparmaqdır.

Məncə, hər bir futbolçunun və komandasının arzusu bu olur. Ancaq futbol sürprizlərlə doludur.

Kimin ağlına gələrdi ki, “Sumqayıt” mövsümə belə başlayacaq? Yəni 8 oyunda 2 qələbə qazanacaq.

Bu dəqiqə əsas məqsədimiz bir qələbə qazanmaqla “qara zolaq”dan çıxmaqdır. Bunu bacarsaq, davamının yaxşı gələcəyinə inanıram”.

Premyer Liqanın 8 turundan sonra 7 xala sahib “Sumqayıt” turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti