COP29

Azərbaycana gəldi, Türkiyədəki dostunu tapdı: “Ramil yaxşı oğlan, yaxşı futbolçudur”

5 Oktyabr 23:00 Sumqayıt 2 189
Azərbaycana gəldi, Türkiyədəki dostunu tapdı: “Ramil yaxşı oğlan, yaxşı futbolçudur”

“Neftçi” - “Sumqayıt” görüşü təkcə Premyer Liqa oyunu yox, həm də sabiq “Kocaelispor”luların dueli idi.

“Ağ-qaralar”ın heyətində çıxış edən Ramil Şeydayevlə “kimyaçılar”ın ən son transferi Georgi Karaişvili ötən mövsümün ikinci yarısında sözügedən Türkiyə klubunun şərəfini qoruyublar.

Ramil şənbəgünkü görüşdə əsas heyətdə yer alsa da, Georgi fasilədən sonra mübarizəyə qoşulmaqla yadda qaldı.

Gürcüstanlı yarımmüdafiəçisi Sportinfo.az-a açıqlamasında Azərbaycan millisinin də şərəfini qoruyan sabiq komanda yoldaşı ilə Kocaelidəki günlərindən və sonuncu oyundakı görüşündən söz açıb:

“Şeydayevlə eyni komandada çıxış etmişik. Ramil kollektivə məndən bir az əvvəl qoşulmuşdu.

Buna baxmayaraq, yaxşı münasibətə sahib idik. “Neftçi”ylə matçdan əvvəl tez-tələsik görüşdük.

Vaxtımız az idi, paltardəyişmə otağına tələsirdik. Ona görə də ətraflı söhbət edə bilmədik.

Türkiyədə oynayanda öz aramızda çox danışırdıq. Çünki ikimiz də qafqazlıyıq. Ramil yaxşı oğlan, yaxşı futbolçudur”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti