"Dinamo"nun (Belarus) müdafiəçisi Aleksandr Saçivko Konfrans Liqasının əsas mərhələsində qarşıdakı ev oyunlarının azarkeşlərin dəstəyi olmadan Sumqayıtda keçirilməsi ilə bağlı fikirlərini bildirib.
Sportinfo.az “sport5.by” portalına istinadən xəbər verir ki, Mins klubunun aparıcı üzvü məsələ barədə bunları deyib:
“Konfrans Liqasında azarkeş çatışmazlığı olacaqmı? Aydındır ki, evdə oynasaydıq, "Dinamo" üçün daha yaxşı olardı.
Dəstəyimiz olsaydı, nəticələr indikindən daha yüksək alınacaqdı. Amma prinsipcə, bir neçə ildir ki, azarkeşsiz oynamağa öyrəşmişik.
Bu, bir neçə ildir ki, davam edir. Vəziyyət belədir.
Təbii ki, bizə dəstəyin olmasını istəyərdik. Lakin hələlik təəssüf ki, bu mümkün deyil”.
Belarus çempionu ev oyunlarını Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçirəcək.
Bu arenada o, “Kopenhagen” (Danimarka), “Larne” (Şimali İrlandiya) və “Harts”ı (Şotlandiya) qəbul edəcək.