Premyer Liqanın 8-ci turunda növbəti baş məşqçi istefası gözlənilir.
Üç tur öncə Adil Şükürovla yolları ayıran «Kəpəz»dən sonra «Sumqayıt» bu dəyişikliyə hazırlaşır.
«Kimyaçılar»ın düşərgəsindən belə bir məlumat əldə etmişik.
Redaksiyamıza daxil olan informasiyaya görə, Samir Abasov istefanın düz biraddımlığındadır.
Son dörd turda məğlubiyyətləri sıralayan komandanın çalışdırıcısı postundan getmək niyyətində olduğunu yaxın çevrəsinin diqqətinə çatdırıb.
O, «Neftçi»yə də uduzarlarsa, istefa ərizəsi yazacağını bildirib. Abasov kollektivin dərin böhran yaşadığını, futbolçuların vəziyətdn çıxaracağına inamının azaldığını söyləyib.
«Sumqayıt» 7 tura 6 xal toplayıb. Passivində 5 məğlubiyyət olan «gənclik şəhəri» təmsilçisi turnir cədvəlinin 7-ci pilləsində məskunlaşıb.
SPORTİNFO.AZ