"Sumqayıt" üçün yeni mövsüm rəvan getmir.
Ötən mövsüm Konfrans Liqasına vəsiqə qazanmış kollektivdən indi əsər-əlamət yoxdur.
Futbolçulardakı eniş, uğursuz heyət yenilənməsi nəticələrdə birbaşa özünü göstərir.
Artıq qələbə də yox, xal həsrəti 4 matça çatdı.
Qol vurmaq belə ciddi problemə çevrilib.
Problemləri hər kəs aydın görür. Futbolçularda istək yoxdur, yenilər özünü yaxşı tərəfdən göstərə bilmir, rəhbər və baş məşqçi arasında münasibətlər qaydasında deyil və.s.
Məni bu durumda başqa məqam daha çox düşündürür.
Görəsən, belə çətin məqamda Riad Rəfiyevin "yaxın dostları" kluba niyə yardım etmir?
Kimdir onun "yaxın dostları"?
Hakimlər...
Bunu biz yox, ötən mövsümün gedişində futbol ictimaiyyəti tez-tez iddia edirdi.
Ki, referilər FİFA-da oturan, AFFA-nın sabiq baş katibi Elxan Məmmədovun tapşırığını icra edir.
Axı Məmmədovla Rəfiyev arasında isti münasibətlər var.
Bu gün Elxan Məmmədov FİFA-da daha yüksək vəzifə aldı. Yəni sağdır, gücü də öz yerində. Dayaqları daha da möhkəmlənib.
Elə həmin Rəfiyev yenə "Sumqayıt"da əsas söz sahibdir.
Əgər ötən mövsüm hər şey iddiaçıların dediyi kimi idisə, bəs həmin dəstək kompaniyası bu gün niyə yoxdur?
Sual rotorikdir...
XANOĞLAN İMANOV