“Ayın qolu” layihəsi çərçivəsində avqust ayının qalibi olan "Sumqayıt"ın hücumçusu Kamran Quliyev mükafatlandırılıb.
Sportinfo.az xəbər verir ki, ona Premyer Liqanın 7-ci turunda “Zirə” ilə görüşdən əvvəl mükafatlar təqdim olunub.
Mükafatları Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Peşəkar Futbol Liqasının Texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.