COP29

Santuş stadionda oldu, ya olmadı, fərq etmir, onsuz da...” – Kənarda qalan

22 Sentyabr 21:15 Sumqayıt 755
Santuş stadionda oldu, ya olmadı, fərq etmir, onsuz da...” – Kənarda qalan

“Fernandu Santuşun Şamaxıya gəldiyini bilirdim. Lap yaxşı.

Lakin mən yenə öz oyunuma köklənmişdim. Başqa nəsə haqda düşünmürdüm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın kapitanı Elvin Bədəlov deyib.

29 yaşlı müdafiəçi əvvəlki dönəmlərdə millinin sıralarına cəlb olunsa da, portuqaliyalı çalışdırıcının İsveç və Slovakiya ilə görüşlər üçün ilk çağırışında ona yer tapılmadı.

Halbuki, Arif Əsədov iyundakı Qazaxıstanla yoldaşlıq oyununda Bədəlova dəvət göndərmişdi.

“Sumqayıt”ın vitse-kapitanı yığma komandaya dəvət almasının mümkünlüyünü klubdakı çıxışından asılı olması qənaətindədir:

“Mənim işim futbolumu oynayıb, komandama kömək etməkdir. Yığmanın baş məşqçisi stadionda oldu, ya olmadı, fərq etmir.

Onsuz da bütün matçları izləyirlər. Stadiona gəlməsə belə, lazım olan məlumatları alır.

Bundan sonra “Sumqayıt”ın uğurları üçün əlimdən gələni edəcəyəm. Millidə olub-olmayacağımla bağlı qərarı baş məşqçi verəcək”.

Vaxtilə U-17, U-19 və U-21 millilərimizin uğurlar üçün tər tökmüş Elvin Bədəlov əsas yığmada 9 oyunda şans qazanıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti