“Ötən mövsümkü komanda ilə indiki arasında fərqi əməlli-balı hiss edirik”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın kapitanı Elvin Bədəlov deyib.
Ötən sezon Premyer Liqada dördüncü yeri tutan və avrokuboklara vəsiqə qazanan “kimyaçılar” cari “futbol ili”nə zəif başlayıb,
“Gənclik şəhəri” təmsilçisi çempionatın ilk 6 turunda cəmi 2 qələbə qazanıb.
Dörd məğlubiyyət alan komanda 6 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Müsahib mövcud durum haqda bir qədər narahat danışıb:
“Bu vəziyyətdən çıxmalıyıq. Necə? Nə cür?
Bu barədə danışacağıq. Çünki nəticələr bizi çox məyus edir”.