COP29

Əsanı atdı, Premyer Liqa üçün geri qayıtdı - VİDEO

22 Sentyabr 22:55 Sumqayıt 488
Əsanı atdı, Premyer Liqa üçün geri qayıtdı - VİDEO

"Sumqayıt"ın üzvü İsa Suliman yaşıl meydanlara qayıdıb.

O, təxminən 3 aydan sonra fərdi məşqlərə start verib.

Amma topsuz.

Ötən həftə əsadan xilas olan Pakistanlı legioner asta-asta əməliyyat olunan ayağının fəaliyyətini bərpa etməyə çalışır.

26 yaşlı mərkəz müdafiəçisi yay toplanışının son günlərində ağır xəsarət almışdı.

Sol ayağının çarpaz bağları qopan legionerin əməliyyatı Portuqaliyada gerçəkləşib.

İsanın ən yaxşı halda mövsümün sonuncu dövrəsində komandasına kömək edə biləcəyi ehtimal edilirdi.

Amma bərpa prosesi hazırkı templə davam etsə, biz onu daha erkən iş başına görə bilərik.

Təcrübəli futbolçu ötən ilin yayında komandaya cəlb edilib. O, arxada qalan müddətdə meydana çıxdığı 29 matçda 4 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

XANOĞLAN/ SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti