COP29

Premyer Liqa təmsilçisinin yeni transferi ilə bağlı ŞOK DETALLAR!

19 Sentyabr 19:40 Sumqayıt 894
Premyer Liqa təmsilçisinin yeni transferi ilə bağlı ŞOK DETALLAR!

Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin qapıçısı Rəşad Əzizlinin klubsuz günləri başa çatıb.

O, mövsümün qalan bölümünü "Sumqayıt"da keçirəcək.

Ötən mövsüm "Qəbələ"nin şərəfini qorumuş qolkiper 3 aya yaxındır klubsuz idi.

Əslində "kimyaçılar" daha əvvəl 30 yaşlı çərçivə qoruyucusu ilə təmasa keçmişdi. Tərəflər arasında danışıqlar Konfrans Liqasının "Fehervar"la matçından əvvəl olmuşdu.

Təxminən 2 ay öncə.

Lakin anlaşma əldə olunmamışdı. Səbəb isə futbolçunun yüksək maaş istəyi olmuşdu.

Söhbət 9000 manatlıq məvacibdən gedir.

"Gənclik şəhəri"nin rəhbərliyi qiyməti eşidincə danışıqları bitirmişdi.

Hətta ötən ay Əzizli yenidən kluba müraciət etmiş, daha aşağı maaşla oynaya biləcəyini təklif etsə də baş məşqçi Samir Abasov keçidə razılıq verməmişdir.

Bəs nə baş verdi ki, sonda Rəşad "Sumqayıt"ın düşərgəsində peyda oldu?

Bu barədə redaksiyamıza yeni informasiya daxil olub.

Etibarlı mənbə bildirir ki, yüksək vəzifəli bir şəxs Rəşadın keçidi üçün klub rəhbərliyinə şəxsən müraciət edib.

Çarəsiz durumda qalan rəsmilər xala xətrin qalmasın deyə onun keçidinə razılıq veriblər.

Amma ikinci dəfə kluba dönüş etdiyindən də aşağı məbləğə.

Söhbət 2-3 min manatlıq məvacibdən gedir.

O da dəqiqdir ki, bu gün nə rəhbərlik, nə də məşqçilər korpusu Əzizlinin keçidindən məmnun deyil.

Sadəcə dostlarla arada olan xətir-hörmətə görə səbr göstərməyə məhkumdurlar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 17:20 Berdiyevin "gizli silahı"
19 Sentyabr 16:10 Bu Oyunda Favorit Sənsən!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Sentyabr 11:00 Gerisayım başladı, tələs!
19 Sentyabr 05:00 "Sumqayıt" 3 transfer etdi
19 Sentyabr 02:50 "Quba"ya yenə gələn var