COP29

Uduza-uduza gedən sürpriz komandanın legioneri iddia etdi: “Faciə baş verməyib”

18 Sentyabr 16:40 Sumqayıt 357
Uduza-uduza gedən sürpriz komandanın legioneri iddia etdi: “Faciə baş verməyib”

“Sumqayıt”ın mövsümə bu tərzdə başlaması sözün əsl mənasında gözlənilməz oldu.

Ötən “futbol ili”ndə rəqiblərinə göz açmağa imkan verməyən, yekunda Konfrans Liqasına vəsiqə qazanan “kimayçılar” 6 turda cəmi 2 qələbə qazanıb, qalan 4 oyunu (son 3-ü ardıcıl olmaqla) məğlubiyyətlə başa vurub.

Qarşıda isə ağır sınaqlar var.

Samir Abasovun rəhbərlik etdiyi kollektiv “Zirə”ni qəbul edəcək, ardınca “Neftçi” səfərinə yollanacaq, birinci dövrənin son görüşündə doğma meydanda “Qarabağ”ın önünə çıxacaq.

Kifayət qədər ciddi rəqiblərə qarşı görüşlərdə qələbə istəyinə çatmaq olduqca çətin görünür. Mümkün uğursuzluq komandanı uçuruma aparacaq.

“Sumqayıt”ın israilli yarımmüdafiəçisi Roy Kehat Sportinfo.az-a açıqlamasında mövcud vəziyyətdən çıxış yollarını gööstərib:

“Bizi hansı oyunların gözlədiyini bilirik. Onsuz da, çempionatda asan oyun yoxdur.

Bütün komandalar digərindən xal almağı bacarır. Buna baxmayaraq, komandamızın gücünə inanıram.

Faciəvi baş verməyib. Hər bir komandada bu cür dönıəm olur. Sadəcə, çıxış yoluna doğru irəliləməliyik.

İlk növbədə buraxdığımız səhvlərdən nəticə çıxarıb, onları təkrarlamamağa çalışmalıyıq.

Digər tərəfdən xarakter göstərməliyik, aqressivliyi artırmalıyıq. Bu vəziyyətdən çıxacağımıza əminəm”.

6 oyundan sonra aktivində 6 xal olan “Sumqayıt” 7-ci pillədə qərarlaşıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!