COP29

“Pis gündə səbrli olmalıyıq, dava-dalaşla nəsə qazana bilmərik” - Samir Abasov

14 Sentyabr 19:10 Sumqayıt 762
“Pis gündə səbrli olmalıyıq, dava-dalaşla nəsə qazana bilmərik” - Samir Abasov

"Sumqayıt" Misli Premyer Liqasının 6-cı turunda səfərdə "Şamaxı"ya 0:1 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında sualları cavablandırıb:

- Rəqibi təbrik edirəm. Ayxan Abbasov mübariz komanda qurub. Tez qol buraxdıq. Hesabı bərabərləşdirmək üçün fürsətimiz oldu. Amma yararlana bilmədik. Oyunun sonunda rəqib qapandıqca bizim qol vurmağımız çətinləşdirdi. Gələcək oyunlara hazırlaşacağıq. Belə period hər komadanın başına gəlir. Çempionatın əvvəlidir. Futbolçular tam hazır deyil. Amma bu, bəhanə deyil.

- Ardıcıl 3 oyundur məğlub olursuz. Bu durumdan çıxmaq üçün ümidiniz var?

- Əlbəttə var. Uşaqlar tam formaya düşəndə nəticələr də olacaq. Bu gün fiziki baxımdan balanslı komanda deyilik. Belə əziyyətlər çəkəcəyimizi bilirdik. Hələ çempionatın əvvəlidir. Keçən il də belə problemlər yaşamışdıq. Pis gündə səbrli olmalıyıq. Dava-dalaşla nəsə qazana bilmərik.

- Rəqibin hündür boylu mərkəz müdafiəçiləri olduğu halda futbolçularınız göylə ötürmələrə üstünlük verirdi. Bu, nə ilə bağlı idi?

- Cərimə meydançasında təhlükəli ola bilmirdik. Buna görə də rəqib oyunçuların səhv edəcəyinə ümid edirdik.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?