COP29

İlin, günün bu vaxtında Samir Abasovu sevindirən XƏBƏR

13 Sentyabr 22:20 Sumqayıt 1 886
İlin, günün bu vaxtında Samir Abasovu sevindirən XƏBƏR

Mövsümə heç də uğurlu start verməyən "Sumqayıt" arxada qalan 5 turda 3 məğlubiyyət alıb.

Son iki turda kollektiv xala həsrətdir.

Xoş olmayan gedişata son qoymaq üçün "Kimyaçılar" 2 həftəlik aradan sonra çətin Şamaxı səfərinə yollanacaq.

Mövsümə sürpriz nəticələrlə başlayan "Şamaxı" ilə matç öncəsi baş məşqçi Samir Abasov komandanın lideri Roi Kehatdan şad xəbər alıb.

İki turdu zədə səbəbindən yoldaşlarına kömək edə bilməyən israilli Şamaxıda meydana çıxmağa hazırdır.

Ötən mövsüm 6 qolla komandanın ikinci bombardiri olan vinger bu sezona da pis start verməyib.

Oynadığı 3 görüşdə 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, "şirlərlər"lə oyunda bunun davamını gətirməyə çalışacaq.

Kehatla bərabər Ayxan Süleymanlı da zədəsini sağaldıb. Amma matçda iştirakı baş məşqçinin qərarından asılı olacaq.

"Araz Naxçıvan"la yoxlama görüşünü buraxan Murad Xaçayevin də durumunda hər hansı narahatlıq yoxdur. Sınaq matçında müdafiəçiyə Abasov şəxsən istirahət verib.

Əvəzində gənc hücumçu Uğur Cahangirov xəsarət alıb. Forvardın qarşıdakı matçı buraxacağı dəqiqdir.

Uzunmüddətli sıradan çıxan İsa Sülimanın isə qayıdışı ən yaxşı halda növbəti ilin əvvəlinə gözlənilir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?