COP29

Premyer Liqanın 3 yeni siması nə vəd edir?

15 Sentyabr 22:55 Sumqayıt 628
Premyer Liqanın 3 yeni siması nə vəd edir?

"Sumqayıt" milli komandaların oyunlarına görə Premyer Liqada yaranmış iki həftəlik fasilədən istifadə edərək "Araz Naxçıvan"la yoxlama matçında üz-üzə gəldi.

"Kimyaçılar" doğma meydanda oynadığı sınaq matçında böyükhesablı məğlubiyyətlə üzləşdi - 1:5.

Qarşılaşma həm də yeni transferlərin ilk dəfə aşkara çıxması ilə yadda qaldı.

Düzdü, hücumçu Silvanus Nimelini Premyer Liqa matçında da "Araz Naxçıvan"la görüşdə təxminən yarım saat görmək imkanımız olmuşdu.

Bu dəfə Alan Dias və Milos Milovici də meydanda əyani görə bildik.

İlk başdan onu deyək ki, Nimeli kimi Dias və Milosun da oyun praktikasından əziyyət çəkdiyi aşkar görünürdü.

Afrikalı fiziki göstəriciləri hesabına müəyyən epizodlarda diqqət çəkməyə cəhd edirdi. Amma texniki səhvlər bunun sadəcə cəhd olaraq qalmasına səbəb olurdu.

Mərkəz müdafiəçilərindən braziliyalı Diasın durumu daha bərbaddır. Çoxsaylı ötürmə xətaları, mövqe səhvləri gözdən qaçmırdı. Bunun üzərinə əlavə çəkisinin olmasını da əlavə etmək olar. Məncə, bu mövsüm 26 yaşlı stoperdən imdad diləməyə dəyməz. O, ancaq növbəti mövsüm üçün hazır ola bilsə. O da olsa...

Monteneqrolu Milas isə daha çevik təsir bağışladı. İrəli dəqiq ötürmələri, meydanda olan sərbəstliyi, ikili mübarizələrdə qalib gəlməsi ilə seçilirdi. Abasovun qarşıdakı turlardan onun xidmətində istifadə edəcəyini gözləmək olar.

Lakin bu gün üçün nə Nimeli Ninqanı, nə də Dias və Milas İsanı unutduracaq gücdə deyillər. Formaya düşmələri üçün həm özləri, həm də məşqçilər korpusu bir xeyli əziyyət çəkməli olacaq.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 11:00 Xeyir və uğur bundadır!