COP29

Azərbaycan klubunda Serbiya millisinin sabiq kapitanı ilə bağlı SON QƏRAR verildi

12 Sentyabr 15:00 Sumqayıt 1 786
Azərbaycan klubunda Serbiya millisinin sabiq kapitanı ilə bağlı SON QƏRAR verildi

"Sumqayıt" baxışda olan Marko Pavlovski ilə bağlı yekun qərarını verib.

Serbiyalı legionerin hazırkı performansı baş məşqçi Samir Abasovu razı salmayıb. Xüsusilə onun fiziki durumunda ciddi axşama olduğu diqqət çəkib.

Bu səbəbdən yarımmüdafiəçi düşərgəni tərk edib.

Marko bir həftəyə yaxındır "kimyaçılar"ın məşqində iştirak edirdi.

O, "Araz Naxçıvan"la yoxlama görüşündə 45 dəqiqə meydanda olmuşdu.

"Sumqayıt"ın 1:5 məğlub olduğu matçdakı yeganə qolunu da məhz o uzaqdan baxımlı zərbə ilə rəqib qapısından keçirmişdi.

Bu ilin fevralından klubsuz qala Markonun son klubu Qazaxıstan "Aksu"su olub.

Serbiya gənclər millisinin sabiq kapitanı karyerası boyunca daha çox legioner həyatı yaşayıb.

O, Qazaxıstandan başqa Portuqaliya nəhəngi "Portu", "Split" (Xorvatiya), "Suduva" (Litva), "Muskron" (Belçika), "Apollon" (Kipr), "Podqoriça" (Monteneqro) və "Dinamo"da (Belarus) top qovub.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 Dekabr 18:10 Çək və bizə göndər!
21 Dekabr 11:00 Işiniz AVAND olsun!
21 Dekabr 08:00 Hərbçimiz minaya düşdü
21 Dekabr 04:00 Komissiya sədri seçildi