COP29

"Bir çox suallara cavab tapa bildim" - Samir Abasov

9 Sentyabr 22:20 Sumqayıt 1 520
"Bir çox suallara cavab tapa bildim" - Samir Abasov

Premyer Liqada yaranmış iki həftəlik fasilədən istifadə edən "Sumqayıt" digər elita təmsilçisi "Araz-Naxçıvan"la yoxlama matçında üz-üzə gəlib.

"Kapital Bank Arena"da baş tutan qarşılaşma "kimyaçılar"ın "qırmızı-ağlar"a 1:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Matçdan sonra "Sumqayıt"ın baş məşqşisi Samir Abasov Sportinfo.az-a müsahibə verib.

- Oyunu necə şərh edərdiniz?

- Məqsədimiz yeni futbolçuları yoxlamaq idi. Onların fiziki durumunu artırmaq istəyirdik. Sırf bu səbəbdən yoxlama oyunu keçirmək qərarı almışdıq. Çempionatın elə bir dönəmidir ki, rəsmi oyunlarda yenilərin durumuna baxa bilmirik. Uzun müddət əvvəldən planımızı belə qurmuşduq. "Araz Naxçıvan" tərəfinə razılıq verdiyi üçün təşəkkür edirəm.

- Sınaq matçında olsa belə, indiki durumda böyükhesabla məğlub olmaq kollektivin psixoloji durumuna mənfi təsir edə bilər?

- Ola bilər. Biz yoxlama görüşünü danışanda fikirləşmirdik ki, bu hesabla uduzacağıq və ya udacağıq. Nəticə barədə ağlımızda heç nə yox idi. Məsələn, Velinovski uzun müddətdir oynamır. Onun durumuna baxmaq bizə önəmli idi. Görək ki, çempionatda meydana buraxa bilərik yoxsa yox. Nəticəyə baxmayaraq, bir çox suallara cavab aldım.

- Velinovski rəsmi oyunlarda kömək edə biləcək?

- Yox. Düşünmürəm ki, bizə nə iləsə kömək edəcək.

- Yoxlanışda olan Marko Pavlovski baxımlı qolla yadda qaldı. Onun barəsində qərarınız necədir?

- Xeyr, hələ qərar verməmişəm. O da görünür ki, fiziki durumundan uzaqdır. Analiz etsək nə qədər boşluq verdiyi görünər. Bir 45 dəqiqə ilə haqqında qərar vermək olmaz. Baxmayaraq ki, gözəl qol vurdu. Düşünmürəm ki, şans qazanması asan olmayacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 11:00 Razı qalacaqsız…