COP29

Azərbaycan klubunda surpriz ayrılıq - SON DƏQİQƏ

7 Sentyabr 19:00 Sumqayıt 2 627
Azərbaycan klubunda surpriz ayrılıq - SON DƏQİQƏ

"Sumqayıt"da gözlənilməz ayrılıq yaşanıb.

Müdafiəçi Slavisa Radoviç komandanı tərk edib.

Serbiyalı legionerlə qarşılıqlı razılıq əsasında yollar ayrılıb.

"Kimyaçılar" ötən mövsümü Bosniya və Herseqovinanın “Sarayevo” klubunda keçirmiş futbolçunu mövsümün əvvəli heyətinə qatmışdı.

30 yaşlı müdafiəçi ilə 1+1 illik müqavilə imzalanmışdır.

O, Sumqayıt təmsilçisinin heyətində 2-si Konfrans Liqasında olmaqla 6 matç keçirib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti