"Sumqayıt" yeni mövsüm enişli-yoxuşlu çıxış sərgiləyir.
Bir oyun qələbə qazanan komanda, digərində məğlubiyyətlə barışmalı olur.
6 turdan sonra aktivində 6 xalı olan kollektivin qeyri-sabit çıxış sərgiləməsilə bərabər, səfər oyunlarındakı inamsızlığı da diqqətdən qaçmır.
Belə ki, əldə olunan 2 qələbə doğma divarlar arasında mümkün olub.
Baş tutan hər üç səfər oyununda isə Samir Abasovun yetirmələri meydanı xalsız tərk etməli olub.
Xoş olmayan gedişat barədə "kimyaçılar"ın braziliyalı legioner Fernando Da Silva Sportinfo.az-a açıqlama verib:
"Əhəmiyyətli olan qələbə qazanmaq və xal toplamaqdır.
Evdə qalib gəldiyimiz kimi, bu baryeri keçib səfərdə də qalib gələcəyik.
Konkret bir səbəb yoxdur. Biz qalib gəlmək üçün hər gün çox məşq edirik. Və harada oynamağımızdan asılı olmayaraq, həmişə 3 xal istəyirik".
XANOĞLAN