COP29

AFFA Samir Abasova barmaq silkələdi - XƏBƏRDARLIQ

29 Avqust 00:40 Sumqayıt 447
AFFA Samir Abasova barmaq silkələdi - XƏBƏRDARLIQ

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, toplantıda Premyer Liqanın IV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Sabah” – “Sumqayıt” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilir (maddə 51.2);

“Sabah” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov intizam qaydalarını pozduğuna görə Samir Abasova xəbərdarlıq edilir (maddə 11);

“Sabah” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Sumqayıt” klubuna xəbərdarlıq edilir (maddə 43.7);

“Zirə” – “Şamaxı” oyunu bitdikdən sonra “Zirə” komandası AFFA nümayəndəsinin tələblərinə əməl etmədiyinə görə “Zirə” klubu 2000 manat cərimə edilir (maddə 73.3);

Digər Xəbərlər
Xəbər Lenti