COP29

Borc əmələ gəldi, Premyer Liqa klubu çətin vəziyyətə düşdü

24 Avqust 13:00 Sumqayıt 1 646
Borc əmələ gəldi, Premyer Liqa klubu çətin vəziyyətə düşdü

“Sumqayıt” gözləmədiyi problemlə üzləşib.

«Azəriqaz» Premyer Liqanın ilk 3 turunda iki qələbə qazanan «kimyaçılar»ın qazını kəsib.

Komandanın ev oyunlarını keçirdiyi Mehdi Hüsenynzadə adına stadion hazırda təbii yanacaq üzünə həsrət qalıb. Buna səbəb arenanın adıçəkilən təşkilata borcunun yaranmasıdır.

Çox qəribədir ki, stadionu tikən yerli İcra Hakimiyyəti (İH) indi həmin borcu ödəmək istəmir. İH problemi klubun üzərinə «yükləmək» niyyətində düşüb, ancaq məsələ açıq qalıb.

Çünki «kimyaçılar» kompleksin onun balansında olmamasını əsas gətirib. Yəni ki, bura bizə aid deyilsə, niyə artıq xərc çəkək?

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti