COP29

Təhlükəni yaxşı hiss edən "Sumqayıt"lı: "Hər şeyi dərk edirəm"

23 Avqust 23:00 Sumqayıt 466
Təhlükəni yaxşı hiss edən "Sumqayıt"lı: "Hər şeyi dərk edirəm"

Premyer Liqanın yeni mövsümü "Sumqayıt"ın yarımmüdafiəçisi Rövlan Muradov üçün heç də uğurlu start götürməyib.

Təcrübəli futbolçu ötən tur "Turan Tovuz"la səfər görüşündə çox uğursuz keçirdiyi birinci hissəyə görə fasilədə yerini Fernando Da Silvaya verməli oldu.

Əsəbləri sakitləşməyən Samir Abasov sonuncu turun "Səbail"lə qarşılaşmasında da komandanın liderini ehtiyat skamiyada saxladı.

26 yaşlı futbolçu yalnız fasilədən sonra ona lazım oldu.

Görəsən, bu durum onda əsas heyətdə yerini itirmək qorxusu yaratmır?

Rövlan sualımıza cavab olaraq bunları deyib:

"Hər şeyi dərk edirəm. Və məşqçilərlə söhbətim olur. Müzakirə edirik və nələr çatmır, nələrin üzərində daha çox işləyim deyə məsləhətlər alıram.

Məncə, daha çox çalışmalıyam. Baş məşqçimizin tapşırıqlarını maksimum yerine yetirməliyəm.

Kiçik zədəm vardı. Bu da son zamanlar mənə maneələr yaradırdı. Bundan sonra daha yaxşı olmağa və komandama çox xeyir verməyə çalışacam".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti