“Sumqayıt” yay fasiləsində heyətə qatdığı sonuncu transferlərdən biri Silvanus Nimeli oldu.
Afrikalı legioner "kimyaçılar"a heç də asan başa gəlməyib.
Premyer Liqa klubu Liberiya millisinin üzvünə görə əlavə xərcə düşməli olub.
Belə ki, futbolçunun sonuncu klubu "Surxon Termiz" ona görə təmsilçimizdən 300 min avro təzminat alıb.
"Gənclik şəhəri" Silvanus Nimeli ilə 2+1 illik müqavilə imzalayıb.
25 yaşlı hücumçunun daha əvvəl Xorvatiya, Rusiya, Çexiya və Finlandiya legioner həyatı yaşadığını bildirək.
XANOĞLAN/ SPORTİNFO.AZ