COP29

Braziliyalı Azərbaycanda gördüklərindən şoka düşüb: “Bu cür təsəvvür etmirdim”

21 Avqust 23:00 Sumqayıt 4 035
Braziliyalı Azərbaycanda gördüklərindən şoka düşüb: “Bu cür təsəvvür etmirdim”

“Azərbaycan Premyer Liqasında intensivlik və mübarizə var.

Həqiqətən maraqlı çempionatdır”.

“Sumqayıt”ın yeni transferi Fernando Madeyros Sportinfo.az-a açıqlamasında hazırda çıxış etdiyi çempionatımızı şərh edib.

28 yaşlı yarımmüdafiəçinin karyerası əsasən vətəni Braziliya və Portuqaliya klubları ilə bağlıdır.

Bununla belə, son 2 mövsümü Albaniya “Eqnatiya”sında keçirib və bir müddət həmyerlimiz Vüsal İsgəndərli ilə komanda yoldaşı olub.

Fernando Premyer Liqanı Albaniyanın yüksək dəstəsindən üstün hesab etdiyini bildirib:

“Oyunlara baxıram, sürət çoxdur. Burada ani düşünmək və qərar vermək tezliyi mütləqdir.

Top ayağına çatmamış bir də baxırsan ki, iki nəfər başının üstünü kəsdirib. Rahat oynamaq mümkün deyil.

Top sənə gəldisə ya ötürmə verməli, ya da bir-iki hərəkətlə rəqibdən uzaqlaşmalısan.

Azərbaycan çempionatı haqda eşitmişdim, ancaq bu səviyyədə olduğunu təsəvvür etmirdim. Azərbaycan və Albaniya çempionatları arasında çox böyük fərq var.

Dediyim kimi, burada oynamaq həqiqətən çətindir. Mən də bacardığım qədər uyğunlaşmağa çalışıram”.

“Santos”un yetirməsi olan Madeyros gənc yaşlarında bu komanda ilə Braziliya A Seriyasının və ölkə kubokunun gümüş medalını qazanıb,

“Eqnatiya”nın heyətində Albaniya çempionu olub, iki dəfə 2 dəfə ölkə kubokunu başı üzərinə qaldırıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…