COP29

"Sumqayıt"dan AÇIQLAMA: "UEFA-dan gələnlər razı qaldı"

21 Avqust 15:00 Sumqayıt 998
"Sumqayıt"dan AÇIQLAMA: "UEFA-dan gələnlər razı qaldı"

"Bura gələn UEFA nümayəndələri gördüklərindən razı qaldılar".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev deyib.

Onun bildirdiyinə görə, təmsilçisi olduğu klub "Dinamo"nun (Minsk) avrokubokların qrup mərhələsindəki ev oyunlarını Mehdi Hüseynzadə adına stadionda keçirməsinə ilkin razılıq verib.

Xudiyev Belarus klubunun artıq rəsmi şəkildə onlara müraciət etdiyini və hazırda danışıqlar aparıldığını vurğulayıb:

"Dinamo" tərəfindən qrup oyunlarını Sumqayıt şəhər stadionunda keçirməsi ilə bağlı bizə rəsmi müraciət olunub. Onlara ilkin mərhələdə müsbət cavab vermişik, danışıqlar hazırda davam edir.

Stadionda qrup oyunlarının keçirilməsi məsələsi olduğuna görə UEFA da danışıqlar prosesinə qoşulub. Məncə, problem olmamalıdır, icazə veriləcək.

Çünki burada gördükləri onları qane etdi. Hələ "Fehervar"la oyundan sonra UEFA nümayəndəsi stadionla bağlı bir-iki tövsiyə vermişdi, onu da klubumuzun rəhbərliyi həll eləyib.

Elə bir ciddi problem qalmayıb. UEFA yenə hansı işlərin görülməsini lazım bilsə, onu da həyata keçirəcəyik".

"Dinamo" Avropa Liqasının pley-off mərhələsində Belçika klubu "Anderlext"lə qarşılaşacaq. Komanda qələbə qazanacağı təqdirdə Avropa Liqasının, uduzarsa, Konfrans Liqasının qrupunda mübarizə aparacaq.

UEFA Belarus komandalarının ev oyunlarını öz ölkələrində keçirmələrini qadağan edib.

Bu səbəbədən 2023/2024 mövsümündə Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" Bosniya və Hersуqovina təmsilçisi "Jelezniçar"la cavab oyununu Bakıda keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…