"Sumqayıt"ı bu yay tərk edən Kazimir Ninqa klubsuz qalmayıb.
Sportinfo.az xəbər verir ki, Çad millisinin kapitanı Küveytə yollanıb.
31 yaşlı forvard “Əl-Tadamon”la anlaşıb. Tərəflər arasında 1 illik müqavilə imzalanıb.
Ninqa ötən sezonun əvvəlində “Anortosis”dən “Sumqayıt”a keçmişdi. Afrikalı hücumçu komandanın heyətində meydana çıxdığı 31 rəsmi matçda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.