COP29

"Qələbə istəyimiz sonda öz bəhrəsini verdi" - Rövlan Muradov

21 Avqust 23:40 Sumqayıt 605
"Qələbə istəyimiz sonda öz bəhrəsini verdi" - Rövlan Muradov

"Sumqayıt"ın yarımmüdafiəçisi Rövlan Muradov Sportinfo az-a açıqlama verib.

O, Premyer Liqanın 3-cü turunda "Səbail" üzərində qazandıqları qələbə (2:1) barədə danışıb:

"Bizim üçün vacib matç idi. Çox ağır keçdi.

Şükürlər olsun ki, çox ağır oyunda qalib gəldik. Növbəti görüşlərdə bunun davamını gətirməyə çalışacağıq".

Kifayət qədər dramatik keçən qarşılaşmada əsas hadisələr son dəqiqələrə təsadüf etdi. Q

ələbə qolu isə son saniyələrdə gəldi. Muradov bunu yoldaşlarındakı qələbə istəyinə bağlayıb:

"Bəli, sonluq maraqlı alındı. Çox həyəcanlı dəqiqələrə şahid olduq.

Düşünürəm ki, bizim qələbə istəyimiz sonda öz bəhrəsini verdi".

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…