COP29

UEFA öz adamlarını Azərbaycana göndərdi – TƏCİLİ!

20 Avqust 14:00 Sumqayıt 1 210
UEFA öz adamlarını Azərbaycana göndərdi – TƏCİLİ!

Bu gün UEFA-nln bir qrup nümayəndəsi Azərbaycana gəlib.

Onlar hazırda Sumqayıtdadır.

Avropalı müsafirlər Mehdi Hüseynzadə adına stadiona baxış keçirirlər.

Məsələ ondadır ki, UEFA-nın qadağası ilə üzləşən Minsk “Dinamo”su avrokubokların qrup mərhələsində ev oyunlarını Azərbaycanda keçirə bilər.

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Ludoqorets“i Macarıstanda qonaq etmiş Belarus klubu Avropa Liqasının pley-off mərhələsində “Anderlext”lə qarşılaşacaq.

“Dinamo” Belçika təmsilçisini keçə bilməsə, Konfrans Liqasının qrup mərhələsində çıxış.edəcək.

Minsklilərin qrup mərhələsinin oyunlarını Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda qəbul etməsi gözlənilir.

UEFA-nın göndərdiyi ekspertlər rəy verəcək ki, “Dinamo” qrup oyunlarını burada keçirə bilər, ya yox.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…