COP29

Samir Abasov yeni transferlərin xidmətindən niyə imtina edib?

19 Avqust 22:20 Sumqayıt 1 513
Samir Abasov yeni transferlərin xidmətindən niyə imtina edib?

"Sumqayıt" yeni mövsümün startından sonra ardıcıl 3 yeni transferlə yadda qaldı.

Öncə millimizin sabiq üzvü Sərtan Taşkın "kimyaçılar"la anlaşdı.

Ardınca liberiyalı forvard Silvanus Nimeli və braziliyalı müdafiəçi Alan Diasın transferi ictimaiyyətə açıqlandı.

Lakin Sərtanın transferindən sonra 2, əcnəbilərin keçidindən sonra isə 1 turu arxada qoysaq da yeni transferləri hələ iş başında görmək bizə müəssər olmayıb.

Heç ilk "18-lik"də belə adları yer almır.

Klubdan əldə etdiyimiz məlumata görə, hər üç transferlə bağlı hər hansı problem yoxdur.

Sənədləri qaydasında, sağlamlıqları da yerindədir.

Nimeli və Sərtan kollektiv məşqlərdə iştirak edir.

Bir ilə yaxındır futboldan uzaq düşən Dias isə fərdi şəkildə formasını bərpa etməyə çalışır.

Sadəcə onların hazırkı idman formaları baş məşqçi Samir Abasovu qane etmir.

Bu səbəbdən heyət kasad olsa belə təcrübəli mütəxəssis yenilərin xidmətinə ehtiyac duymur.

Yaranmış mənzərənin neçə tur davam edəcəyi də sual olaraq qalır.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…