COP29

"Bəzən mənə sual verirlər ki... Yox-yox!"

17 Avqust 23:40 Sumqayıt 596
"Bəzən mənə sual verirlər ki... Yox-yox!"

“Sumqayıt”ın yeni transferi Fernando Medeyros Sportinfo.az-a açıqlama verib.

Braziliyalı legioner ilk dəfə ayaq basdığı Azərbaycanda özünü rahat hiss etdiyini bildirib.

Sitat:

“Mən Bakıda ev tutmuşam. Bəzən mənə sual verirlər ki, hər gün Bakıdan Sumqayıta gəlib-qayıtmaqdan, tıxaclarda qalmaqdan yorulmursan?

Cavab verirəm ki, yox-yox. Çalışıram tıxaca düşməyim.

Bunun üçün evdən məşq vaxtından 2 saat əvvəl çıxıram və zamanında məşqdə oluram”.

"Gənclik şəhəri" təmsilçisi son mövsümü Albaniya “Eqnatiya”sında keçirmiş “sambaçı” ilə ilə 2+1 illik müqavilə imzalayıb.

28 yaşlı braziliyalı yarımmüdafiəçi yerli “Santos”un yetirməsidir. Karyerası ərzində “Botafoqo”, “Vila Nova”, “Bahia”, “Portimonense” kimi komandaların şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…