COP29

Azərbaycan klubundan qorxu saçan İKİ TRANSFER

16 Avqust 23:00 Sumqayıt 8 274
Azərbaycan klubundan qorxu saçan İKİ TRANSFER

"Sumqayıt" azarkeşlərinin yeni transfer həsrətinə son qoyub.

Klub qısa müddətdə 2 yeni transferlə fanatlarını müjdələdi.

Söhbət Silvanus Nimeli və Alan Diasdan gedir.

Nimeli forvard, Dias isə mərkəz müdafiəçisidir.

Amma "Sumqayıt"lı azarkeşlər çox da sevinməyə tələsməsinlər.

Çünki hər iki futbolçu da "kimyaçılar"a heç də karyeralarının xoş günündə gəlməyiblər.

Ehtimal etmək olardı ki, düşərgəyə hazır futbolçular dəvət ediləcək.

Mövsüm artıq başlayıb. Heyət isə çox kasaddır. Bundan sonra kiminsə formaya düşməsini gözləməyə zaman yoxdur. Heç yay toplanışında "kimyaçılar"a qoşulanlar belə hələ adaptasiya prosesini arxada qoya bilməyib. O ki qalmışdı mövsümün gedişində gələnlər.

Biz saydığımızı sayaq, gör, klub nələr sayır...

Həm brazilyalı, həm də Liberiyalı legioner uzun müddətdir yaşıl meydanlara həsrətdir.

Təsəvvür edin ki, Alan sonuncu dəfə 10 ay əvvəl rəsmi oyunda meydana çıxıb. O, bu ilin yanvar ayından ümumiyyətlə klubsuzdur. Peşəkar karyerasında cəmi 58 oyuna çıxan cənubi amerikalı müdafiəçi uzun müddətdir zədədən əziyyət çəkir.

Alana nisbətdə Nimelinin karyerası daha diqqətçəkəndir. Forvard Xorvatiya, Rusiya, Çexiya, Finlandiya kimi futbol ölkələrində top qovub.

Lakin "Liberiya" millisinin üzvü də uzun müddətdir oyun praktikasından əziyyət çəkir.

O, son olaraq bu ilin martında "Paxtakor"a qarşı oyunda iştirak edib. Sonrakı 5 ayda zədələrlə mübarizə aparan ön xətt oyunçusu üst-üstə cəmi 74 dəqiqə meydanda olub.

Statistika "Sumqayıt"ın yeniləri ilə bağlı xoş nəsə vəd etmir.

Görünən odur ki, klub karyerasında eniş yaşayan legionerlərə qapı açıb.

Yəqin ki, daha əvvəlki performanslarını bərpa edəcəklərinə ümid edərək.

Düzdü, belə şərtlər altında ölkəmizə gəlib yaxşı karyera yaşayanlar az da olsa olub.

Alan Dias və Silvanus Nimeli də necə olacaq?

Xoş nəsə demək çox çətindir.

Ən yaxşısı gözləyək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…