COP29

"Sumqayıt"ın yarımmüdafiəçisi təəssüf etdi: “Yararlana bilmədik”

10 Avqust 22:40 Sumqayıt 616
"Sumqayıt"ın yarımmüdafiəçisi təəssüf etdi: “Yararlana bilmədik”

"Hücumlar qururduq, əfsuslar olsun ki, imkanlardan yararlana bilmədik".

Sportinfo.az xəbər verir ki, bunu Sumqayıt"ın futbolçusu Rövlan Muradov Konfrans Liqasının II təsnifat mərhələsində yerli "Fehervar" ilə cavab oyunu haqda bildirib.

Yarımmüdafiəçi rəqibin müdafiəyə daha çox diqqət yetirdiyini söyləyib:

"Daha çox topa nəzarət etdik. Hücumlar qururduq, əfsuslar olsun ki, imkanlardan yararlana bilmədik.

Bəzən şanslar oldu, bəzən də soyuqqanlılıq çatmadı. "Fehervar" səfərdə qələbə qazanmışdı.

Hesabı qorumağa çalışırdılar. Müdafiəyə daha çox diqqət yetirirdilər".

"Fehervar" - " Sumqayıt" matçı 0:0 hesabı ilə yekunlaşıb. Evdə rəqibinə 1:2 hesabı ilə uduzan "gənclik şəhəri" təmsilçisi mübarizəni dayandırmalı olub.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…