COP29

“İndi özümə gəlmişəm” - Psixoloji travma yaşayan futbolçu

11 Avqust 16:05 Sumqayıt 900
“İndi özümə gəlmişəm” - Psixoloji travma yaşayan futbolçu

"Sumqayıt"ın müdafiəçisi Murad Xaçayev Premyer Liqanın birinci turunda "Kəpəz"i məğlub etdikləri (2:0) qarşılaşma haqda Sportinfo.az-a danışıb.

- Mövsümə qələbə ilə başladınız. İlk olaraq bu qələbə barədə nələr deyə bilərsən?

- Çempionata inamlı qələbə ilə başladığımız üçün çox şadıq. Oyunun əvvəlindən etibarən təhlükəli anlar yaradırdıq. Oyunumuz yaxşı alındı. Buna görə də layiqli qələbə qazandıq.

- Ağır Macarıstan səfərindən sonra komanda qısa müddətdə toparlanmağı necə bacardı?

- Səfər həqiqətən çox ağır keçdi. Həm psixoloji, həm də fiziki cəhətdən. Komandanın səfər oyunundan qayıtdıqdan iki gün sonra çempionatda oynadığını xatırlamıram. Əsas odur, qələbə qazana bildik.

- "Fehervar"la ilk oyunda aldığın qırmızı vərəqədən sonra danışmaq istəməmişdin. Psixoloji olaraq özünə gələ bilmisənmi?

- Komanda yoldaşlarım və məşqçilər heyəti sayəsində deyə bilərəm ki, bəli.

- Növbəti turda sizi Tovuz səfəri gözləyir. Hansı ümidlə səfərə yollanacaqsınız?

- Onların məşqçilər heyəti dəyişdi və əksər futbolçular dəyişdi. Keçən mövsüm də onlara qarşı bütün oyunlar çətin keçdi, amma bu yeni mövsümdür. Yaxşı nəticə əldə etməyə çalışacağıq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…