Azərbaycan yığmasının müdafiəçisi Sertan Taşkının legioner həyatı başa çatıb.
Bu ilin əvvəlində «Turan Tovuz»u «Manisa»ya dəyişən cinah oyunçusu yenidən doğma vətənə dönüb.
O, «Sumqayıt»la müqavilə imzalayıb. Anlaşma 1+1 illik nəzərdə tutulub.
Sertanın Türkiyənin I Liqa təmsilçsisi ilə kontraktı gələn ilin yayında başa çatmalı idi. Lakin uğursuz mövsüm keçirən Manisanın eyniadlı komandası bir çox aparıcı fiquru ilə vidalaşıb.
Super Liqaya vəsiqə uğrunda pley-off mərhələsindən kənarda qaldıqlarından, sponsorlar klubun üzərindən əlini çəkib.
SPORTİNFO.AZ