COP29

Samır Abasovu çox boş buraxmısız, prezident!

1 Avqust 21:00 Sumqayıt 1 369
Samır Abasovu çox boş buraxmısız, prezident!

Təəssüf bir hissdir.

Kədərdən, məyusluqdan, üzüntüdən başqa sənə heç nə vermir.

Bir insan, bir məşqçi olaraq çox şey istəyə, arzulaya bilərsən.

Gördüyün işlə xəyalların arasında uçurum varsa, bir kimsəni günahlandırmalı deyilsən. Özündən savayı.

«Sumqayıt» Samir Abasovla yollandığı Konfrans Liqasından burunu ovularaq döndü.

O isə dəyişənə oxşamır, başladı yenə deyinməyə. «Konfrans Liqasına belə getmək olmaz», «meydana kimi buraxım», «ehtiyat skamyanın boyu qısadır» kimi şeylər danışır. Çox nahaq yerə!

Riad Rəfiyev baş məşqçisi ilə yumşaq rəftar edir. Hər səlahiyyəti verib ona, özü çəkilib durub bir kənarda.

Gözünə döndüyüm Abasov da hər nə gəldi, danışır, fikirləşmir.

Tapmamısansa, göndərmə – bu, seleksiyanın qızıl qaydasıdır. Samir Abasovun isə, deyəsən, öz «qaydalar»ı var və ondan imtina etməkdə acizdir.

Mövsüm başa çatan kimi əsas heyət oyunçularını bir-bir «dənlə», sonra da ki, ehtiyat skamyamız qısadır, mən meydana kimi baraxım - işi belə görmürlər, Samir müəllim!

Kasemir Ninqa ötən sezon «Sumqayıt»a yarışıq, ciddiyət verdi, komandanın bombardiri oldu.

Çadlı hücumçunu göndər, yerinə Vuynoviçi gətir və şikayətlən – sənə düşmən lazım deyil, Abasov!

O Modeyrosdur, nədir, dünən önə doğru bir ötürməsini görmədik. Ancaq yan pas, ancaq yan pas.

Oyunun son dəqiqəsi gedir, meydanın rəqibə aid hissəsindəsən, «Fehervar» 10 nəfərlə qalıb, braziliyalı olan bu yarımmüdafiəçi yenə sağda, solda yoldaş axtarır.

Bunları kim tapıb gətirib, sevib və seçib, hörmətli baş məşqçi?

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti