“İlk oyundan sonra çətin olacağınız bilsək də, amma ümidimiz var idi.
“Fehervar” elə də güclü deyil. “Sumqayıt” hücum fazasında tez çoxala bilmədi.
Həm də klub rəhbərliyi Kasemir Ninqa kimi hücumçunun komandada saxlamamaqla səhvə yol vermiş oldular.
Avrokuboklarda mübarizə aparacaqsansa, heyətin geniş olmalıdır. 70-ci dəqiqədən sonra futbolçularımız fiziki çox düşdülər”.
Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.
Tanınmış jurnalist Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Fehervar” – “Sumqayıt” matçı (0:0) barədə danışıb, təmsilçimizin turu keçə bilməməsinə geniş toxunub.
Qeyd edib ki, ötürmələrdə çoxlu səhvlər buraxılıb:
“Topa sahib olmağa meydan sahibləri imkan verdilər. Daha çox əks hücum taktikasına üstünlük verirdilər.
Topa saha çox sahib olsaq da, üçüncü zonada faydalı iş əmsalı çox aşağı idi. Nəticədə istədiyimiz hücumları təşkil edərkən, son 3 metrlik ərazidə düzgün yerləşə bilmədik.
Yəni, ehtiyat oyunçular skamyasının da keyfiyyətli olmaması “Sumqayıt”a və Samir Abasova problemlər yaratdı.
Sami müəllim, bəs deyirdiniz Ninqanın yerinə gətirdikləriniz ondan da yaxşıdır. Hanı?!”.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: