COP29

Samir Abasov: “Bura belə gəlmək olmaz, kimi salaq oyuna?"

31 İyul 23:30 Sumqayıt 1 977
Samir Abasov: “Bura belə gəlmək olmaz, kimi salaq oyuna?"

"Sumqayıt" Konfrans Liqası II təsnifat mərhələsinin cavab oyununda səfərdə "Fehervar"la 0:0 hesablı heç-heçə edərək turnirdə mübarizəni dayandırıb.

Sportinfo.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verib:

"Futbolçularıma təşəkkür edirəm. Ağır matçdan çıxdıq. Əfsuslar olsun ki, qələbə qazana bilmədik.

Böyük ümidlərlə gəlmişdik, baxmayaraq ki, böyük itkilərimiz var idi. Heyəti qura bilməmişik.

Ümumiyyətlə, bu turnirə hazırlıqsız başladıq. İsa Sulimanın zədələnməsi, Murad Xaçayevin də bizi pis vəziyyətdə qoyması. 2-3 gün ərzində çox şeyi dəyişib oyuna çıxmalı idik.

Futbolçular nəyə gücləri çatdısa, onu da etdilər. Onlara təşəkkür edirəm, canlarını qoydular. Artıq çempionata köklənəcəyik.

Bir futbolçunun yoxluğundan sonra artıq məcbursan ki, hamını fərqli mövqedə oynadasan.

Yeni transferlərimizdən Slavko Radoviç yorulmuşdu, əvəzlənməsini istəyirdi, amma kimi salaq oyuna?

Konfrans Liqasına belə gəlmək olmaz. Artıq bu oyunlar bizim üçün təcrübədir".

Digər Xəbərlər
Xəbər Lenti