"Sabah"ın futbolçusu Cesse Sekidika Konfrans Liqası II təsnifat mərhələsinin "Makkabi" ilə cavab oyunundan öncə keçirilən mətbuat konfransında iştirak edib.
Sportinfo.az nigeriyalı vingerin fikirlərini diqqətinizə çatdırır:
- Baş məşqçi hər şeyi dedi. Səfərdə 3:0 hesabı ilə qalib gəlməyimizə baxmayaraq, bizim üçün sabah çox çətin olacaq. Rəqibimiz mərhələni keçmək üçün əlindən gələni edəcək. "Makkabi" çox yaxşı komandadır. Amma biz də yaxşı komandayıq. Bilirik ki, rəqibə qarşı necə oynamaq lazımdır. İnanıram ki, mərhələni keçən tərəf biz olacağıq.
- Avrokuboklar üçün şəxsi hədəfin nədir?
- Hamımızın hədəfi qrup mərhələsində olmaqdır. Mənim vəzifəm qol vurmaq, assistlər etməkdir. Amma hər şeydən əvvəl komandanın uğurlu olmasıdır.